...

TransCaspian 2006 sərgisində 7 mindən artıq tamaşaçının olacağı gözlənilir

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 May 2006 11:53 (UTC +04:00)

"Nəqliyyat, Tranzit və Loqistika" TransCaspian -2006 5-ci beynəlxalq yubiley sərgisində Azərbaycan, Gürcüstan, Türkiyə, Rusiya, İran və Mərkəzi Asiyadan 7 mindən artıq tamaşaçının gələcəyi gözlənilir. Trend in Iteca Caspian agentliyinə istinadən verdiyi məlumata görə, mayın 17-dən 19-na qədər Heydər Əliyev adına İdman-konsert kompleksində keçiriləcək sərgidə nəqliyyat, neft şirkətlərinin nümayəndələri, neft-qaz avadanlıqları istehsalçıları, dövlət strukturlarının, sığorta şirkətlərinin nümayəndələri, idxalçılar, ixracatçılar, avtomobil dilerləri və distribüterləri, tikinti şirkətləri, kənd təsərrüfatı müəssisələri, turizm agentlikləri və s. iştirak edəcək.

Sərginin əsas yarımbölmələri avtomobil, su, hava, dəmiryol nəqliyyatı,dəmiryolları; avadanlıqlar və texniki təchizat, logistika, limanlar, terminallar, gəmiqayırma, neft məhsullarının nəqli, yüklərin sığortalanması, gömrük xidmətləri və sairdir.

Sərgi çərçivəsində "Genişlənməkdə olan Avropa kontekstində Avropa-Asiya nəqliyyat əlaqələri" 1-ci beynəlxalq konfransı keçiriləcək. Tədbirdə BMT-nin Avropa İqtisadi Komissiyasının Daxili Nəqliyyat Komitəsinin fəaliyyəti məsələləri, BMT-nin Azərbaycan iqtisadiyyatı və Mərkəzi Asiya ölkələri üçün xüsusi proqramı və s. müzakirə olunacaq.

Xəbər lenti

Xəbər lenti