...

Əmək Nazirliyi iki tender elan edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 May 2006 20:20 (UTC +04:00)

Trend-i buradan izləyin

Əmək və Sosial Müdafiə Nazirliyi Ağsu və Şamaxıda yaşayış evlərinin tikintisi haqqında iki tender elan edib. Trend agentliyinin Nazirliyə istinadən yaydığı məlumata görə, tenderlərə əsasən şəhid və əlil ailələri üçün 2 mərtəbəli və 16 mənzilli binalar tikiləcək.

Maraqlanan şəxslər hər tender üçün 200 AZY ödəməli və iyunun 20-dək təkliflərini təqdim etməlidir.

Binaların tikintisi 6 aya başa çatmalıdır.

Tender təklifləri iyunun 21-də Nazirlikdə açılacaq.

Xəbər lenti

Xəbər lenti