...

Seleksiyaçı alim Cəlal Əliyevin rəhbərliyi ilə buğda sortları üzrə səyyar seminar keçirilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 May 2006 19:13 (UTC +04:00)

Mayın 18-də Kənd Təsərrüfatı Nazirliyinin Əkinçilik Elmi Tədqiqat İnstitununun Abşeron təcrübə zonasında seleksiyaçı alim Cəlal Əliyevin rəhbərliyi ilə buğda sortları üzrə səyyar seminar keçirilib. Trend in verdiyi məlumata görə, C.Əliyev alimlərin və aspirantların iştirakı ilə seleksiya proqramlarını, eləcə də, "Əzəmətli-95", "Qırmızı gül-1" və "Tale-38" buğda sortlarını müzakirə edib.

Seminarda Kənd Təsərrüfatı Nazirliyinin elmi-aqrar mərkəzinin rəhbəri Əsəd Musayev, mütəxəssislər Mehtəsim Əhmədov və digərləri iştirak edib.

İştirakçılar yeni buğda sortlarının regionlarda buğda istehsalının artırılmasında əhəmiyyətini qeyd ediblər.

Xəbər lenti

Xəbər lenti