...

Azərbaycanda ümumdaxili məhsülün artım sürəti 39,5% səviyyəsində qalmaqda davam edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 May 2006 16:03 (UTC +04:00)

2006-ci ilin yanvar-aprel aylarında ÜDM-un artım sürəti ötən ilin analoji göstəriciləri ilə müqayisədə 39,5% artıb. Dövlət Statistika Komitəsindən Trend ə verilən məlumata görə, cari qiymətlər üzrə ÜDM-un göstəricisi 2006-cı il mayın 1-nə olan vəziyyə görə, 4 477,9 mln. manat təşkil edib. Əhalinin hər nəfərinə düşən ÜDM-un həcmi 38,5% artaraq 537,4 manat ($589,2) təşkil edib.

Ölkədə ÜDM-da istehsalın payı ötən ilin analoji dövrü ilə müqayisədə 58,7% olub və 67,6 % (3030,2 mln. manat) təşkil edib. Xidmət sahəsində əlavə dəyər ötən illə müqayisədə artaraq 9,1% olub. Lakin ÜDM-un xüsusi çəkisi 30,9%-dən 24,9%-ə qədər azalıb.

ÜDM-da məhsullardan və idxaldan təmiz gəlirlər 7,4% təşkil edib. Bu dövrdə sənayedə 2553,1 mln. manat hasil edilib və bu da ümumi ÜDM-da 57% təşkil edir. Kənd təsərrüfatında, ovçuluq sektorunda və meşəçilikdə 76,3 mln. manatlıq (1,7%), tikinti sektorunda 400,7 mln. manatlıq (8,9%), nəqliyyat sektorunda 276,3 mln. manatlıq (6,2%), rabitə sektorunda 88 mln. manatlıq (2%), topdan və pərakəndə ticarətdə, avtomobil sahəsində, məişət məmluatları və şəxsi istifadə əşyalarının təmiri sahəsində 318,6 mln. manatlıq (7,1%), restoran və mehmanxana sektorunda 32,3 mln. manatlıq (0,7%), sosial və digər xidmətlərin göstərilməsi üzrə 403 mln. manatlıq (9%) əlavə dəyər əldə olunub.

Xəbər lenti

Xəbər lenti