...

Azərbaycandan Gürcüstana sıfır gömrük dərəcəsilə yanacaq, balıq və yulaf idxal olunacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 25 May 2006 12:55 (UTC +04:00)

Gürcüstan hökuməti Xarici İşlər Nazirliyi ilə birgə GUAM ölkələri arasında azad ticarət haqqında saziş hazırlayır. Gürcüstanın maliyyə naziri müavini Giorqi Qodabrelidze Trend ə eksklüziv olaraq bildirib ki, yeni azad ticarət qaydalarının qüvvəyə minməsinədək GUAM ölkələri arasında hazırda MDB ölkələri arasında qüvvədə olan sazişdən istifadə olunacaq.

G.Qodabrelidze vurğulayıb ki, istehsalçı dövlətin sertifikatı ilə olan məhsula rüsum tətbiq olunmayacaq.

"Azərbaycana gəldikdə sıfır dərəcə yanacaq, balıq və yulaf məhsuluna aiddir"- deyə o bildirib.

GUAM-ın bu günlərdə başa çatmış zirvə görüşündə bir ay ərzində bu təşkilatın üzvləri arasında azad ticarət haqqında saziş hazırlamaq qərara alınıb. Gürcüstan şərab, "Borjomi", qoz-fındıq və digər sertifikatlı məhsul idxal etmək niyyətindədir.

Gürcüstan parlamentinin Maliyyə-Büdcə Komitəsi mayın 18-də gömrük məcəlləsinə düzəlişlər layihəsini nəzərdən keçirərək onu qəbul edib. Layihədə mövcud 16 növ gömrük vergisindən 13-nün ləğvi nəzərdə tutulub. Vergi məcəlləsinə dəyişikliklərin edilməsindən sonra Gürcüstanda yalnız 3 gömrük vergisi olacaq. İdxal olunan məhsullara sıfır, 5 və 12%-lıq gömrük vergisi tətbiq olunacaq. Hazırda gömrük vergisinin ən yüksək faiz dərəcəsi 30% təşkil edir.

Xəbər lenti

Xəbər lenti