...

Həftə ərzində Azərbaycan valyuta bazarının icmalı

Biznes və iqtisadiyyat xəbərləri Materials 3 İyul 2006 15:31 (UTC +04:00)

Ötən həftənin yekunlarına görə, manatın ABŞ dollarına nisbətdə Azərbaycan Milli Bankı tərəfindən müəyyən edilmiş rəsmi məzənnəsi 0,0003 bənd (0,03%) möhkəmlənib. Ötən həftə manatın 1 ABŞ dollarına nisbətdə orta məzənnəsi 0,89575 manat səviyyəsində müəyyən edilib.

Trend in xəbər verdiyi kimi, ötən həftə dolların manata nisbətdə maksimum məzənnəsi 28 iyunda (1 ABŞ dolları 0,8959 manat), minimum məzənnəsi isə 30 iyunda (1 ABŞ dolları 0,8956 manat) müəyyən edilib.

Manatın ABŞ dollarına nisbətdə rəsmi məzənnəsi

anatın ABŞ dollarına nisbətdə rəsmi məzənnəsi

19 iyun

0,8963

26 iyun

-

20 iyun

0,8961

27 iyun

0,8958

21 iyun

0,8962

28 iyun

0,8959

22 iyun

0,8960

29 iyun

0,8957

23 iyun

0,8960

30 iyun

0,8956

Həftə

ərzində

orta

0,89612

Həftə

ərzində

orta

0,89575

Ötən həftənin yekunlarına görə, manatın ABŞ dollarına nisbətdə Bakı Banklararası Valyuta Birjasında aparılmış sövdələşmələr nəticəsində müəyyən edilmiş birja məzənnəsi 0,0004 bənd (0,04%) artıb. Orta məzənnə 1 ABŞ dollarına görə 0,895125 manat səviyyəsində müəyyən edilib.

Ötən həftə 1 ABŞ dollarının manata nisbətdə maksimum məzənnəsi 28 iyunda (1 ABŞ dollarına görə 0,8954 manat), minimum məzənnə isə 27 iyun və 30 iyunda (1 ABŞ dollarına görə 0,8950 manat) müəyyən edilib.

27 iyunda BEST-də $6,7 mln. (orta mübadilə məzənnəsi - 0,8950 AZN/USD), 28 iyunda - $7 mln. (məzənnə - 0,8954 AZN/USD), 29 iyunda - $48 mln (məzənnə - 0,8951 AZN/USD) və 30 iyunda $9,192 mln. (məzənnə - 0,8950 AZN/USD) dəyərində sövdələşmələr aparılıb.

Manatın ABŞ dollarına nisbətdə birja məzənnəsi

anatın ABŞ dollarına nisbətdə birja məzənnəsi

19 iyun

0,8957

26 iyun

-

20 iyun

0,8955

27 iyun

0,8950

21 iyun

0,8956

28 iyun

0,8954

22 iyun

0,8954

29 iyun

0,8951

23 iyun

0,8954

30 iyun

0,8950

Həftə

ərzində

orta

0,89552

Həftə

ərzində

orta

0,895125

Ötən həftə ərizələrin olmaması ilə əlaqədar Rusiya (RUB/AZN) və Avropa (EUR/AZN) valyutaları ilə sövdələşmə aparılmayıb.

Həmin dövrdə özəlləşdirmə çeklərinin qiyməti, demək olar ki, sabit olub. Bütün həftə ərzində vauçerin qiyməti ötən həftədəkinə nisbətən 5 min manat (1 AZN) düşərək, 75 min köhnə manat (15 AZN) səviyyəsində olub.

Xəbər lenti

Xəbər lenti