...

Pesli universiteti Azərbaycanda biznesin maliyyə hesabatı üzrə beynəlxalq standartlarını gerçəkləşdirir

Biznes və iqtisadiyyat xəbərləri Materials 22 İyul 2006 11:53 (UTC +04:00)

Pesli Universiteti Avropa Komissiyasından 1,5 mln avro dəyərində müqavilə alıb. Bu müqavilə üzrə iş Azərbaycanda biznesin maliyyə hesabatı üzrə beynəlxalq standartların gerçəkləşdirilməsinə yönəldiləcək. Trend in xəbər verdiyi kimi, bu barədə universitetin məlumatında deyilir.

Layihə TACIS proqramı çərçivəsində Avropa Komissiyası tərəfindən maliyyələşdirilir.

Sənəddə qeyd olunur ki, idarəetmənin keyfiyyətinin və hesabatının artırılması, bazar iqtisadiyyatının gücləndirilməsi Azərbaycanda yoxsulluğun azaldılması və inkişaf üçün zəminidir. Bu layihə regionda TACİS proqramının əsas komponentlərindən biridir.

Layihə çərçivəsində məsləhətləşmələrə Pesli universitetinin CİCGA mərkəzindən Yan Riçi və Yan Fleminq rəhbərlik edəcək.

"Bizim Azərbaycanda aparacağımız ilkin məsləhətləşmələr sabit islahatların qurula biləcəyi platformaların yaradılmasına yönəldiləcək. Layihə Azərbaycan iqtisadiyyatına ticarətin və gəlirlərin artması kimi böyük fayda gətirəcək", - deyə Yan Riçi bildirib.

"Məsləhətləşmələr nəticəsində ölkədə yoxsulluğun və maliyyə sabitsizliyinin səviyyəsi azalacaq, böyük siyasi sabitlik yaranacaq", - deyə Yan Fleminq qeyd edib.

Maliyyə Nazirliyindən Trend ə verilən məlumata görə, universitet maliyyə hesabatı üzrə beynəlxalq standartlara keçid prosesinə yardım göstərəcək.

Xəbər lenti

Xəbər lenti