...

Bakıda Belarus mallarının sərgisi keçiriləcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 25 İyul 2006 16:33 (UTC +04:00)

Bu ilin payızında Bakıda Belarus mallarının milli sərgisi keçiriləcək. Bu barədə Trend ə Azərbaycan hökumətindən məlumat verilib.

Sərginin təşkil olunması ilə bağlı təşəbbüs Belarus hökuməti tərəfindən irəli sürülüb. Belarus tərəfin bu təklifini Azərbaycan tərəfə bu ölkənin respublikamıza yeni təyin olunmuş səfiri Nikolay Paskeviç təqdim edib.

Belarus tərəfi sərgidə ölkənin iqtisadi imkanlarını təqdim etməyi planlaşdırır. "Bununla paralel olaraq, Bakıda iki ölkənin iş adamlarının biznes-forumunun keçirilməsi də planlaşdırılır", - deyə hökumətdən bildirilib.

Xəbər lenti

Xəbər lenti