...

"Millikart" mərkəzinin yeni təsisçiləri DB-nın kreditini 3 ilə ərzində qaytaracaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 Avqust 2006 14:33 (UTC +04:00)

"Millikart" ikinci prosesinq mərkəzinin səhmdarları 4 mln. manat həcmində olan nizamnamə kapitalını tam ödəyib. Bu barədə Trend ə mərkəzdən bildiriblər. Azərbaycan Milli Bankı mərkəzin 18 bankın iştirakı ilə idarəetməyə verilməsi haqqında təsis müqaviləsi imzalayıb. Səhmdarların nizamnamə kapitalındakı iştirak payı fərqlənir və 10%-lik maksimal həcmi cəmi 7 bank əldə edə bilib (Azərdəmiryolbank, Atabank, CI Bank, UniBank, Texnikabank, Parabank). Bununla yanaşı hər biri 400 min manat ödəyib.

Mərkəz DB-nın "Azərbaycanın maliyyə sektoruna texniki yardım" layihəsi çərçivəsində yaradılıb və buna görə DB ilə də bu məsələ ilə bağlı məsləhətləşmələr aparılıb. Nizamnamə fondundan təxminən 1,7 mln. manat DB-nın payına düşür, 1,8 mln. manat isə AMB tərəfindən yatırılıb. Səhmdarlar DB-nın kreditini 3 ilə ərzində ödəməlidir. Banklar nizamnamə kapitalına əlavə olaraq dövriyyə kapitalı qismində 500 min manat daxil edib.

Mərkəzdə bildiriblər ki, mərkəzin nizamnamə layihəsi bütün səhmdarlara göndərilib və gələn həftə həmin layihənin təsdiqlənməsi gözlənilir.

Sonra sənədlər Ədliyyə Nazirliyinə göndəriləcək. Bu gün isə bütün banklar mərkəzin sistemi vasitəsilə işləyir və miqrasiya prosesi üçün "Azzərikard"dan bir neçə ay tələb olunur. Ehtimallara görə , bu proses ilin sonuna qədər başa çatacaq. "Ən əsası alternativ prosesinq mərkəzinin yaradılması idi ki, bu da kart biznesinin inkişafı üçün bankların imkanlarını artıracaq və əməliyyatları daha yaxşı şəraitdə həyata keçirməyə imkan verəcək.

Mərkəzin təsisçisi aşağıdakılardar: Atabank, Azərdəmiryolbank, Azərtürkbank, Bank of Baku, CIBank Debütbank, Əmrahbank, Xalqbank, Kredobank, Azərbaycan Mikro Maliyyələşdirmə Bankı, Parabank, Rabitəbank, Respublikabank, Bank Standard, Texnikabank, Turanbank, UniBank və Zaminbank.

Xəbər lenti

Xəbər lenti