Gürcüstan nəinki Azərbaycanla böyük layihələrin həyata keçirilməsində, həm də kiçik və orta müəssisələrin inkişafında maraqlıdır. Trend in Gürcüstandakı xüsusi müxbiri xəbər verir ki, bu barədə bu gün Gürcüstan-Azərbaycan biznes forumunda Gürcüstanın iqtisadiyyat naziri İrakli Çoqovadze bəyan edib.
O qeyd edib ki, əsrin layihələri adını almış böyük layihələrin birgə həyata keçirilməsi üçün iki ölkə uğurlu təcrübəyə malikdir. "Bu təcrübə və bizim münasibətlərimizdən orta və kiçik biznes çərçivəsində daha sıx əlaqələrin tənzimlənməsində də istifadə etmək olar", - deyə o bildirib.
Biznes- forumda iki ölkə nümayəndələri Gürcüstan və Azərbaycan iqtisadiyyatının, iki ölkənin turizm və sərmayə imkanlarının inkişaf perspektivlərini müzakirə edib.
Forumda Azərbaycanı kənd təsərrüfatı, tikinti, nəqliyyat, maliyyə xidmətləri kimi sahələrdə fəaliyyət göstərən 16 şirkət təmsil edir.