Azərbaycan Vegilər Nazirliyinin məlumatına əsasən, 2006-cı ilin yanvar-avqust aylarında vergi proqnozuna 101,9% əməl olunub və dövlət büdcəsinə nəzərdə tutulmuş 1583,2 mln. manat əvəzinə 1612,7 mln. manat köçürülüb.
Trend in nazirliyin məlumatına istinadən xəbər verdiyi kimi, 2005-ci ilin analoji dövrü ilə müqayisədə dövlət büdcəsinə daxilolmalar 739,9 mln. manat və ya 84,8% çoxalıb.