...

Daxili İşlər Nazirliyinin bir qrup əməkdaşına "Vətən uğrunda" və "İgidliyə görə" medalları təqdim edilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 Oktyabr 2006 13:23 (UTC +04:00)

Azərbaycan Daxili İşlər Nazirliyinin bir qrup əməkdaşına "Vətən uğrunda" və "İgidliyə görə" medalları təqdim edilib. Bu barədə Trend ə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Medallar respublikada ictimai təhlükəsizliyin və asayişin qorunmasında, ərazi bütövlüyümüzün təmin edilməsində, cinayətkarlıqla mübarizədə fərqləndiyinə, xidməti vəzifələrin yerinə yetirilməsində şücaət və igidlik göstərdiklərinə görə 42 əməkdaşa və onların ailə üzvlərinə təqdim edilib.

Daxili işlər naziri, general-polkovnik Ramil Usubov tədbirin prezident İlham Əliyevin tapşırığına əsasən keçirildiyini, şəxsi heyətin daim Iətənə, xalqa sədaqətlə xidmət etdiyini vurğulayıb.

Baş Kadrlar İdarəsinin rəisi, polis general-mayoru Məmməd Əsgərov nazirliyə dəvət olunmuş 52 nəfərin siyahısını elan edib, nazir Ramil Usubov 9 şəhid əməkdaşın ailə üzvlərinə və 1 əməkdaşa "Iətən uğrunda", 42 nəfərə isə "İgidliyə görə" medallarını təqdim edib.

Ramil Usubov Azərbaycan Prezidenti adından təltif olunanları bir daha təbrik edib, onlara xidməti fəaliyyətdə uğurlar, şəhid əməkdaşlara isə Allahdan rəhmət diləyib.

Xəbər lenti

Xəbər lenti