Bu ilin yanvar-sentyabr ayları ərzində Bank Respublika maliyyə göstəricilərini daha da yaxşılaşdırıb. Bankın aktivləri bu dövrdə 55,3% artaraq 1 oktyabr tarixinə 90497,3 min manat təşkil edib. Trend in Bank Respublika-nın məlumatına istinadən xəbər verdiyi kimi, qeyd edilən tarixdə bankın kredit portfelinin həcmi 97,6% artaraq 65678,4 min manat olub.
Müştərilərin depozitləri 1 oktyabr tarixinə 40978,3 min manat olub ki, bu da ilin əvvəli ilə müqayisədə 83,1% çoxdur. Əhalinin müddətli əmanətlərinin həcmi isə 56,3% artaraq 20314,4 min manat təşkil edib. Qeyd edilən dövr ərzində bankın məcmu kapitalı 1116,3 min manat artaraq 11443,9 min manat təşkil edib.
Bank Respublika-nın yanvar-sentyabr ayları ərzində gəlirləri 9409,4 min manat, xərcləri isə 7556,6 min manata bərabər olub. Bu dövr ərzində bankın balans mənfəəti 1852,8 min manat təşkil edib.