...

Mübariz Əhmədoğlu: "Fransada bəzi partiyalar qarşıdan gələn seçkilərdə erməni lobbisinin maliyyə imkanlarından istifadə etmək məqsədi güdür"

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 Oktyabr 2006 16:52 (UTC +04:00)

"Fransa parlamentində qondarma "erməni soyqırımı"nın inkar edilməsinə görə cəzanı nəzərdə tutan qanunun qəbulunda erməni lobbisinin həm gücü, həm maliyyə imkanları öz rolunu oynadı". Bu fikirləri Trend ə açıqlamasında Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin (SİTM) rəhbəri, politoloq Mübariz Əhmədoğlu bildirib.

O qeyd edib ki, Avropada erməni diasporunun sayca ən çox və maliyyə imkanlarına görə ən güclü olduğu ölkə məhz Fransadır. Ermənilər bu ölkənin ictimai-siyasi həyatına da müdaxilə etmək imkanındadırlar. Bütün dünyada olan erməni diasporları arasında Ermənistanla daha yaxın əlaqləri olanlar da məhz Fransa erməniləridir. M.Əhmədoğlunun sözlərinə görə, Fransa ermənilərinin Ermənistanda 111 şirkəti fəaliyyət göstərir və Fransadakı ermənilərin malik olduğu kapitalın ümumi məbləği təxminən 200 milyard dollar dəyərindədir.

Politoloq qeyd edib ki, hazırda Fransa seçki ərəfəsindədir. Belə bir qanuna əksər deputatların səs verməsi ilə qarşıdan gələn parlament seçkisində həm ermənipərəst qüvvələrin səslərini qazanmaq, həm də erməni lobbisinin maliyyə imkanları hesabına hər hansı partiyanın seçkiqabağı təşviqatını aparmaq məqsədi güdülüb.

M.Əhmədoğlu onu da əlavə edib ki, Dağlıq Qarabağ münaqişəsinə yanaşmada isə, ATƏT-in Minsk qrupunda həmsədr olan Fransa unutmamalıdır ki, o, bu missiyanın tərkibində bütövlükdə Avropanı təmsil edir. Ona görə də Fransa xırda siyasi maraqlardan, qərəzli mövqedən deyil, ümumavropa pinsiplərindən çıxış etməlidir.

Xəbər lenti

Xəbər lenti