...

Azərbaycan şirkətləri Moskvada keçirilən beynəlxalq sərgidə iştirak edirlər

Biznes və iqtisadiyyat xəbərləri Materials 25 Oktyabr 2006 17:20 (UTC +04:00)

Bu gün Moskvadakı Ümumrusiya Sərgi Mərkəzində "MDB-15 ildə: Əməkdaşlıq və inteqrasiya" adlı beynəlxalq sərgi işə başlayıb.

Trend-in verdiyi xəbərə görə, sərgidə Azərbaycanı təmsil edən şirkətlər "Ataholdinq", Azərbaycan Beynəlxalq Bankı, "Azərcell" BM və digərləridir. Sərgi öz işini oktyabrın 29-da yekunlaşdıracaq.

Azərbaycan şirkətləri sərgi çərçivəsində digər ölkələrdən olan həmkarları ilə keçirəcəkləri görüşlərdə gələcək əməkdaşlıq imkanlarını müzakirə edəcəklər.

Xəbər lenti

Xəbər lenti