Rabitəbank SKB ikinci kredit xəttini almaq üçün özəl sektorun inkişafı üzrə İslam Korporasiyasına (İslam İnkişaf bankının struktur bölməsi) müraciət edib. Bankın Müşahidə Şurasının sədri Zakir Nuriyevin Trend ə verdiyi məlumata görə, kredit xətti Rabitəbankın kapitalına uyğun olaraq $2,5 mln səviyyəsində 6 il müddətinə açıla bilər. Hazırda bankın məcmu kapitalı 7,7 mln. manat təşkil edir.
İslam Korporasiyası Azərbaycana cəmi $10 mln. vəsaitin ayrılmasına dair qərar qəbul edib. Rabitəbank bu məbləğin $2,5 mln-nu almağa iddialıdır. "Kreditin ayrılması proseduru uzana bilməz. Belə ki, biz artıq İslam Korporasiyasından birinci krediti almışıq. Bu halda yeni müqavilənin bağlanması prosesi uzanmır", - deyə Z.Nuriyev qeyd edib.
Rabitəbank artıq $800 min məbləğində birinci kredit üzrə ödənişlərə başlayıb. Bank tərəfindən yerləşdirmənin ümumi məbləği isə yenidən maliyyələşdirmə hesabına $1,1 mln. təşkil edib. Kredit orta və kiçik sahibkarlığın layihələrinin maliyyələşdirilməsinə yönəldilib.