...

Bakıda Polşanın milli sərgisi keçiriləcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 4 Noyabr 2006 11:56 (UTC +04:00)

Bakıda Polşanın milli sərgisi Poland Expo -nun keçirilməsi noyabrın 8-10-na planlaşdırılıb. Azərbaycan İxrac və İnvestisiyaların Təşviqi Fonduna (AZPROMO) istinadən Trend xəbər verir ki, tədbir Polşa höküməti, Xalq Təsərrüfatı Palatası, Azərbaycan tərəfindən isə İqtisadi İnkişaf Nazirliyi və AZPROMO tərəfindən təşkil olunub.

Polşanın iş adamları 2006 -cı ilin 11-12 sentyabrında hökümətlərarası komissiyaların Varşavada keçirilmiş Azərbaycanın investisiya imkanları çərçivəsində biznes- seminar zamanı dəvət olunub.

Bakı sərgisində iştirak etmək üçün yeyinti, tikinti, mebel, neft, qaz və su sahəsində, plastik kartların, aksiz markaların, şüşə qabların, mülki sənaye üçün maşın və avadanlıqların, vertalyotların istehsalı və s. sferalarda xidmət göstərən 45 şirkət nümayəndələrinin gəlişi gözlənilir. Tədbirdə Azərbaycan və Polşanın yüksək vəzifəli şəxsləri iştirak edəcəklər.

Hökumətlərarası Komissiya çərçivəsində Polşa tərəfi ölkə mal və xidmətlərinin Azərbaycana idxalını maliyyələşdirmək üçün kredit verməyə hazır olduğunu bildirib.

2005-ci ildə dövlətlərarası ticarət dövriyyəsi 3,7% artarq 22,6 milyon dollar, 2006-cı ilin ilk yarısında isə xarici ticarət əlaqələri 11,7 milyon dollar təşkil edib.

Xəbər lenti

Xəbər lenti