...

Azərbaycanda "quş qripi"nin qarşısının alınması üzrə növbəti monitorinq başlayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 Noyabr 2006 12:06 (UTC +04:00)

Azərbaycanda "quş qripi"nin qarşısının alınması üzrə növbəti monitorinq başlayıb. Azərbaycanın Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətindən Trend ə verilən məlumata görə, monitorinq bu gün başlayıb və noyabrın 19-dək davam edəcək.

Bundan sonra köçəri quşların miqrasiyası ilə əlaqədar monitorinqlər xüsusi komissiya tərəfindən ayda iki dəfə keçiriləcək. Komissiyanın tərkibinə Baytarlıq Xidməti, Ekologiya və Təbii Sərvətlər, Səhiyyə Nazirlikləri, Ovçular Cəmiyyəti və Azərbaycan Milli Elmlər Akademiyası Zoologiya İnstitutunun nümayəndələri daxildir. Monitorinq milli parklarda, qoruqlarda, Xəzərin sahil zolağında və digər yerlərdə aparılacaq.

Əvvəlki monitorinqlər zamanı Azərbaycan ərazisində bu virusun heç bir əlaməti və onunla yoluxma nəticəsində quşların ölüm halları aşkar olunmayıb.

Virusun ölkədə yayılmasının qarşısını almaq üçün bütün sərhəd baytarlıq məntəqələri gücləndirilmiş rejimdə işləyir. Ölkədə quşların ovlanması, satışı və istifadəsinə, o cümlədən virusa yoluxma hallarının qeydə alındığı ölkələrdən quş məhsullarının istifadəsinə və respublikaya gətirilməsinə qoyulmuş qadağa qüvvədədir.

Xəbər lenti

Xəbər lenti