...

Azərbaycan gənclər və idman naziri: İpoteka kreditlərinin verilmə şərtləri xeyli asanlaşdırılıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 Noyabr 2006 14:09 (UTC +04:00)

İpoteka kreditlərinin verilmə şərtləri xeyli asanlaşdırılıb və Azərbaycanın hər bir gənc ailəsi bu imkandan istifadə edə bilər. Trend xəbər verir ki, bu barədə Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov məlumat verib.

Sosial ipoteka kreditləşməsi üzrə güzəştlərin verilmə qaydaları layihəsinə əsasən, illik faiz dərəcəsi 4%-ə qədər azalıb, kreditin verilmə müddəti 15-dən 30 ilə qədər artırılıb. Kreditin maksimal həcmi - 35 min AZN-dir.

Nazirlik artıq tikinti şirkətlərinə öz təkliflərini verib. "Biz onlardan cavab gözləyirik", - deyə o bildirib.

A.Rəhimov vurğulayıb ki, ən əsası - mümkün qədər tez Nazirlər Kabinetinin yaxın vaxtlarda çıxaracağı sərəncamı almaqdır.

Xəbər lenti

Xəbər lenti