...

Dövlət Gömrük Komitəsi hesab edir ki, Azərbaycanın yeni gömrük məcəlləsi beynəlxalq standartlara cavab verir

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 Noyabr 2006 15:28 (UTC +04:00)

Azərbaycanın yeni gömrük məcəlləsi beynəlxalq standartlara cavab verir. Trend in verdiyi xəbərə görə, Dövlət Gömrük Komitəsinin (DGK) gömrük nəzarəti idarəsinin başçısı Şahin Bağırov bu fikirdədir.

Onun sözlərinə görə, yeni sənəddə minimal informasiya əsasında gömrük rəsmiləşdirilməsi, avtomatlaşdırılmış sistemlərə keçidin hüquqi əsasları və kağız proseslərdən asılılığın azaldılması, elektron xəbərdarlıq sistemlərdən daha geniş istifadə kimi amillər öz əksini tapıb.

İdarə başçısı onu da vurğulayıb ki, BMT İnkişaf Proqramı ilə reallaşdırılan birgə proqram çərçivəsində DGK mütəxəssisləri və beynəlxalq ekspertlərlə birgə hazırlanmış yeni məcəllə gömrük iştirakı statusunun gücləndirilməsinə, sərhədlərdə nəzarətin konsepsiyasına, eləcə də gömrük rəsmiləşdirilməsindən sonra gömrük auditi prinsiplərinə keçidə yardım edəcək.

"Biz məcəllədən müsbət nəticələr - risk menecmentinin uğurlu təşkili, həm ölkə daxilində, həm də ölkədən kənarda elektron informasiya mübadiləsi, əmtəə dövriyyəsinin sürətləndirilməsi və dövlət büdcəsinə ödənişlərin olacağını gözləyirik", - deyə Ş.Bağırov bildirib.

Yeni gömrük məcəlləsinin 2007-ci ilin əvvəlində tətbiq ediləcəyi ehtimal olunur. Buna qədər ilk analoji sənəd Azərbaycanda 1992-ci ildə qəbul olunub.

Xəbər lenti

Xəbər lenti