Asiya İnkişaf Bankı Azərbaycanın yol layihələri üçün $500 mln. vəsait ayırmağa hazır olduğunu bildirib. Trend in AİB-in Bakı nümayəndəliyinin məlumatına istinadən xəbər verdiyi kimi, bu vəsaitlər yeni Multitranche Financing Facility maliyyələşdirmə mexanizmi çərçivəsində veriləcək.
$150-200 mln. məbləğində birinci tranş Masallı-Astara avtomobil magistralının yenidənqurulması üçün ayrılacaq. Bu tranşın 2007-ci ilin I yarısında təsdiqlənməsi gözlənilir.
Azərbaycan hökuməti ilə yol layihələri üzrə danışıqlar başda Honq Vanq olmaqla AİB Nəqliyyat Departamentinin missiyası ilə aparılıb. Honq Vanqın səfəri noyabrın 22-də başa çatıb. Noyabrın 8-dən Bakıda səfərdə olan H.Vanq baş nazirin müavini Abid Şərifov, Nəqliyyat, İqtisadi İnkişaf, Maliyyə nazirlikləri və digər dövlət orqanlarının nümayəndələri ilə görüşüb.