...

Azərbaycan Maliyyə Nazirliyi sığorta halları üzrə ödənişdən qanunsuz imtina faktlarını aradan qaldırır

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 Noyabr 2006 16:19 (UTC +04:00)

2006-cı ilin 10 ayı ərzində Azərbaycan Maliyyə Nazirliyinin sığorta nəzarəti şöbəsinə sığorta halları nəticəsində zərər çəkmiş şəxslərdən sığorta ödənişləri üzrə 31 şikayət daxil olub. Trend Maliyyə Nazirliyinin məlumatına istinadən xəbər verir ki, 19 halda sığorta şirkətləri əsassız olaraq vəsait ödəməkdən imtina ediblər. Nəzarət orqanının müdaxiləsindən sonra bu ərizələr üzrə ümumilikdə 36264 manat həcmində ödəniş təmin olunub.

Yanvar-oktyabr ayları ərzində Sığorta nəzarəti şöbəsi şirkətlərin fəaliyyətinin lisenziyaların şərt və tələblərinə, eləcə də qanunvericiliyə uyğunluğunu yoxlayarkən, aşkar olunub ki, daha 9 fakt üzrə sığortaçılar ödəniş etməkdən imtina ediblər. Nəticədə sığorta hallarından zərər çəkənlərə ümumilikdə 7130 manat həcmində vəsait ödənişi təmin olunub.

Xəbər lenti

Xəbər lenti