...

Bakıda xüsusi iqtisadi zonalar üzrə dəyirmi masa keçirilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 24 Noyabr 2006 15:44 (UTC +04:00)

Bu gün Bakıda "Xüsusi iqtisadi zonalar" mövzusunda dəyirmi masa keçirilib. Trend Azərbaycan ixracın və investisiyaların təşviqi fondunun (AZPROMO) məlumatına istinadən xəbər verir ki, İqtisadi İnkişaf Nazirliyinin dəstəyi ilə keçirilmiş tədbir Avropa Birliyinin TACIS proqramı ilə əməkdaşlıqda AZPROMO tərəfindən təşkil olunub.

Müzakirələrdə iş adamları, Avropa və yerli ekspertlər iştirak edib. Dəyirmi masa çərçivəsində xüsusi iqtisadi zonaların (XİZ) konsepsiyası, XİZ sahəsində beynəlxalq təcrübə və digər məsələlər müzakirə olunub. XİZ məsələsi üzrə məruzə ilə TACIS proqramının eksperti Jan-Mari Burqo (Jean- Marie Burgaud) çıxış edib. Dəyirmi masa iştirakçıları Azərbaycanda XİZ-in yaradılma perspektivlərini, zonaların yaradılması üzrə mümkün fəaliyyət planını müzakirə ediblər.

Xəbər lenti

Xəbər lenti