...

Turanbank nizamnamə kapitalını artırır

Biznes və iqtisadiyyat xəbərləri Materials 27 Noyabr 2006 19:01 (UTC +04:00)

Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi "Turanbank" ASC-nin sadə adsız sənədsiz səhmlərinin emissiya prospektini qeydiyyata alıb. Bakı Birja Fondunun məlumatına istinadən Trend xəbər verir ki, emissiyanın həcmi 2 milyon təşkil edir.

Bir səhmin nominal məbləği 1 min AZN-dir. Emissiya prospektinə müvafiq olaraq, paylaşdırma birja fondunda açıq imza üsulu ilə keçiriləcək. Paylaşdırma anderrayteri rolunda "Standard Capital" MMC-i çıxış edəcək.

Azərbaycan Milli Bankının 2007-ci il yanvarın 1-nə kimi bankların kapitallarının 8,2 milyon manat, iyulun 1-nə kimi isə 10 milyon manata çatdırılması üçün növbəti tələbinin yerinə yetirilməsi bankların öz səhmlərini paylaşdırma istiqamətində fəaliyyətini aktivləşdirməyin əsas məqsədidir.

Xəbər lenti

Xəbər lenti