...

Iteca Caspian 2007-ci il üçün planlarını açıqlayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 Dekabr 2006 11:18 (UTC +04:00)

Bu gün Azərbaycanda beynəlxalq sərgilərin təşkilatçısı - Iteca Caspian şirkəti 2007-ci il üçün planlarını elan edib.

Şirkət 21 layihənin həyata keçirilməsini planlaşdırıb. Trend in məlumatına görə, bu barədə bu gün şirkətin direktoru Fərid Məmmədov bildirib.

Onun sözlərinə görə, Bakıda 20 sərgi keçiriləcək, bu sərgilərdən altısı ilk dəfə nümayiş olunur. İlk layihələr sırasında - Azərbaycan Modası sərgisi (Moda və aksesuarlar) (6-8 mart), AvtoParts (Avtomobil ehtiyat hissələri, aksesuarlar və xidmət avadavnlıqları) (14-17 mart), OtelEkspo (Mehmanxana İşi) (18-20 aprel), AqriXort (Kənd təsərrüfatı) (23-25 may), Milli toy (National Wedding) (20-22 sentyabr), Təhsil və Karyera (Education and Career) (27-29 sentyabr), Gözəllik və Sağlamlıq (Beauty Azerbaijan) (2-5 oktyabr), Dəniz məhsulları və balıqçılıq (Caspian Sea Food) (15-17 noyabr).

Şirkət başçısı dildirib: "Iteca Caspian üçün daha bir yeni layihə qərb regionunun dinamik inkişaf edən iqtisadiyyat sahələrini özündə birləşdirən "Gəncə İnfrastrukturu" layihəsi olacaq. Bu, paytaxt hüdudlarından kənarda keçirilən yeni layihə olacaq. Bu tədbirin iyul-sentyabr aylarında keçirilməsi planlaşdırılır. Dəqiq tarix hələ dəqiqləşdirilir. Sabah bizim əməkdaşlar bu məqsədlə Gəncəyə yola düşəcəklər, səfər gedişində Gəncə İcra Hakimiyyəti rəhbərliyi ilə müəyyən tədbirlərin keçirilməsi müzakirə olunacaq".

Xəbər lenti

Xəbər lenti