...

Kənd təsərrüfatı məhsullarının istehsalçıları üçün yeni ticarət bazarı yaradılıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 Dekabr 2006 18:30 (UTC +04:00)

Azərbaycan İqtisadi İnkişaf Nazirliyinin Antiinhisar siyasəti departamenti Bakının kənd təsərrüfatı məhsullarının istehsalçıları üçün təşkil olunmuş beş bazarında araşdırmalar aparıb. Trend İİN-in məlumatına istinadən xəbər verir ki, araşdırmalar zamanı antiinhisar qanunvericiliyin pozulması və çeklərin verilməməsi yolu ilə vergilərdən yayınma, malların üzərində qiymətlərin göstərilməməsi, baytarlıq xidmətinin keyfiyyət qaydalarına riayət olunmaması halları, bazarların qeyri-qənaətbəxş sanitar vəziyyəti, məhsulun vahid qiymətini saxlamaqla bazarın təsərrüfat subyektləri üçün əsassız məhdudiyyətlərin yaradılması aşkar edilib.

Keçirilmiş təcili tədbirlərin nəticələrinə görə bütün bu çatışmazlıqlar aradan qaldırılıb.

Təzə Bazar ASC ət məhsulunun satışı üçün 150 yerlik ərazini istismara verib, əlavə olaraq 360 təmir edilmiş yeni ticarət məntəqələri açılıb. Kənd təsərrüfatı məhsullarının istehsalçılarının birbaşa maşından satışı üçün 3 min kv. m. ərazi asfaltlanıb, 120 yük maşınından ticarət etmək üçün hər cür şərait yaradılıb.

2 dekabr 2006-cı ildən kənd təsərrüfatı məhsullarının istehsalçıları öz məhsullarını sərbəst şəkildə "Təzə Bazar" ASC bazarında sata bilərlər.

Xəbər lenti

Xəbər lenti