...

Naxçıvan MR-də şəkər çuğunduru istehsaının həcmi artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 25 Dekabr 2006 18:14 (UTC +04:00)

Naxçıvan MR ərazisində şəkər çuğunduru istehsaının həcmi artıb. Trend in Naxçıvan Bürosu xəbər verir ki, cari ildə 30 086 ton məhsul götürülüb.

Bütbvlükdə, bu il 2090 ha sahədə şəkər çuğunduru əkilib ki, bu da ötən illə müqayisədə 543 ha çoxdur. İstehsal edilən məhsulun həcmi isə ötən illə müqayisədə 6577 ton artıb.

Cari ildə Naxçıvan MR-də meyvə məhsullarının da istehsal həcmində artım müşahidə edilb. Belə ki, regionda istehsal olunan meyvə-tərəvəzin yerli tələbatdan çox olması onun ixracına da imkan verib. Ümumilikdə, isə bu il 1 mln 100 min manat dəyərində meyvə və tərəvəz məhsulları ixrac edilib.

Xəbər lenti

Xəbər lenti