...

Milli Məclis Milli Bankın idarə heyətinin üzvlərini təyin edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 26 Dekabr 2006 14:35 (UTC +04:00)

Milli Məclisin dekabrın 26 keçirilən iclasında Milli Bankın İdarə heyətinin üzvləri təyin olunub. Trend xəbər verir ki, məsələ ilə bağlı deputatlara Milli Məclisin iqtisadi siyasət daimi komissiyasının sədri, millət vəkili Ziyad Səmədzadə məlumat verib.

O bildirib ki, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 10-cu bəndinə uyğun olaraq prezident İlham Əliyev Milli Bankın İdarə heyətinin üzvləri ilə bağlı Milli Məclisə təqdimat göndərib. Komissiya sədri İdarə Heyəti üzvləri haqqında deputatlara məlumat verib.

Qeyd edək ki, Milli Bankın İdarə Heyətinə Alim Səlim oğlu Quliyevin, Vadim Ələddin oğlu Xubanovun, Aftandil Qasım oğlu Babayevin və Rüfət Cəbrayıl oğlu Aslanovun təyin edilməsi təklif olunub.

Z.Səmədzadə vurğulayıb ki, bu məsələ Milli Məclisin iqtisadi siyasət daimi komissiyasında müzakirə olunub və adları çəkilən şəxslərin Milli Bankın İdarə Heyəti üzvləri kimi təyin edilməsi haqqında qərar qəbul olunub. "Bu şəxslər professionallığı və yüksək intellektual səvəyyəsi ilə seçilən mütəxəssislərdir", - Z.Səmədadə deyib.

Komissiya sədrinin məlumatı dinlənildikdən sonra Alim Səlim oğlu Quliyevin, Vadim Ələddin oğlu Xubanovun, Aftandil Qasım oğlu Babayevin və Rüfət Cəbrayıl oğlu Aslanovun təyin edilməsi haqqında qərar qəbul olunub.

Xəbər lenti

Xəbər lenti