...

Palmali donanmasının daha bir gəmisi artdı

Biznes və iqtisadiyyat xəbərləri Materials 29 Dekabr 2006 18:56 (UTC +04:00)

2006-cı il dekabrın 28-də "Krasnoe Sormovo" (nijniy Novqorod) Rusiya Gəmiqayırma zavodunda Palmalı şirkətlər qrupunun sifarişi ilə RSD17 layihəsinin ikinci quruyük gəmisinin buraxılışı olub. Bu barədə Trend xəbər verir.

Quruyüklü böyük ictimai-siyasi xadim, Azərbaycanın ziyalılarının görkəmli nümayəndəsi, Azərbaycan Respublikasının xalq yazıçısının şərəfinə "İsmayıl Şıxlı" adlandırılıb.

Gəminin dedveyti (yükqaldırma) 6 271 t-dur. Onun uzunluğu 121,7 m, eni 16,5 m., göyfərtənin hündürlüyü 6,2 m, suya oturma dərəcəsi 5,06 m-dir. Gəminin ekipajı kapitan Viktor Çavrinin rəhbərliyi ilə 14 nəfər təşkil edir.

Palmalının Bakı ofisinin mətbuat xidmətindən verilən məlumata görə, buraxılış mərasimində başda şirkətin prezidenti Mübariz Mənsimov olmaqla, Palmalınin böyük nümayəndə heyəti, Nijeqorod vilayətinin başçısı, həmçinin, Nijnenovqorodun Sormovo rayonunun idarə nümayəndələri, Krasnıy Sormovonun rəhbərliyi və zavodun işçiləri iştirak edib. Xalq yazıçısı İsmayıl Şıxlının oğlu, "Ayna-Zerkalo" qəzetinin baş redaktoru Elçin Şıxlı Palmalı Şirkətlər Qrupunun prezidenti Mübariz Mənsimova atasının xatirəsinə hörmətlə yanaşdıqlarına görə minnətdarlığını bildirib. Məraismin sonunda İsmayıl Şıxlının oğlunun həyat yoldaşı Sevinc Şıxlinskaya qədim dəniz ənənələrinə görə, gəminin göyərtəsində şampan şüşəsini sındırıb.

Palmalı Şirkəti Qara dəniz, Aralıq dənizi və Xəzər dənizi hövzələrinə yük daşınması üzrə ixtisaslaşıb. Bundan əlavə şirkət Rusiyanın daxili limanlarına daşımalarda liderdir. Şirkətin donanması 120 xüsusi və icarəyə götürülmüş gəmilərdən ibarətdir. Palmalı əsasən neft məhsullarının (benzin, qazoyl, vakuum qazoylu, soba yanacağı, kerosin), xam neftin, sənaye və qida yağlarının daşınmasında ixtisaslaşıb. Bundan əlavə şirkətin quruyük donanması var ki, bununla bütün növ quru yük daşınmasını həyata keçirir.

Xəbər lenti

Xəbər lenti