...

Garadagh Cement sementin yeni satış sistemini formalaşdırıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 9 Yanvar 2007 18:44 (UTC +04:00)

Azərbaycanda tələb və təklif üzrə sementin qiymətini stabil saxlamaq üçün Azərbaycan İqtisadi İnkişaf Nazirliyi və Garadagh Cement SC yeni satış sistemini formalaşdırıb. İİN-nin çərşənbə axşamı yayılmış press-relizinə istinadən Trend in verdiyi xəbərə görə, bu, Azərbaycanda son vaxtlar tikinti materiallarına tələbatın kəskin artması nəticəsində yaranmış sement qıtlığının müşahidə olunması ilə bağlı olaraq zəruri olub. Bu öz növbəsində sementin qiymətinin qeyri-stabilliyninə və ticarət strukturları tərəfindən qiymətin süni şəkildə qaldırılmasına gətirib çıxarır. Məlumatda belə deyilir.

Yeni satış sistemi ilkin mərhələdə Bakını, Sumqayıtı və Abşeron rayonunu əhatə edəcək, daha sonra isə respublikanın bütün ərazisinə tətbiq olanacaq. Bakıda, Sumqayıtda və Abşeron rayonunda Garadagh Cement tərəfindən istehsal olunmuş sementin satışı SC tərəfindən seçilmiş 7 distribüter və 112 pərakəndə satış məntəqəsi vasitəsilə həyata keçiriləcək. Onların ünvanları və əlaqə telefonları nazirliyin və müəssisənin saytlarında yerləşdiriləcək.

Garadagh Cement-in istehsal etdiyi sementin bir kisəsinin qiyməti enerji daşıyıcılarının və yanacağın qiymətlərindəki son dəyişikliklər nəzərə alınmaqla müəyyənləşdirilib. 50 kq Optimal sementinin qiyməti 7,25 manat səviyəsində, Special növü (50 kq)7,95 manat səviyyəsində müəyyən olunub. İstehlakçıların hüquqlarının qorunması üçün İİN-nin Antiinhisar Dövlət Xidməti sementin satışına, qiymətinə nəzarəti gücləndirəcək. Qiymət intizamına riayət etməyən və saxta sement satışı ilə məşğul olan sahibkarlıq subyektlərinə qarşı ciddi tədbirlər görüləcək.

Xəbər lenti

Xəbər lenti