...

Azərbaycanda maliyyə vəziyyətinin yaxşılaşdırılması üçün sosial sektorda dövlət müəssisələri seçilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 Yanvar 2007 15:14 (UTC +04:00)

Azərbaycan Dövlət Əmlakının İdarə olunması üzrə Dövlət komitəsi 2007-ci ildə yeni mexanizm üzrə ilk müəssisələrin təkmilləşdirilməsinə başlamağa hazırlaşır. Dövlət komitəsindən Trend ə verilən xəbərə görə, pilot layihələr çərçivəsində sosial sektorda müəssisələr seçilib və onlar əsasən ölkə bölgələrində yerləşdirilib.

Dövlət müəssisələrində maliyyə vəziyyətinin sağlamlaşdırılması planı onların borclarının yenidən strukturlaşdırılması, istehsalat ərazilərinin müasirləşdirilməsini, menecmentin təkmilləşdirilməsini nəzərdə tutur. Dövlət komitəsində bildirib ki, sağlamlaşdırma prosesi nəticəsində müəssisələr rəqabət qabiliyyətli məhsul istehsal etməyə, yeni iş yerləri yaratmağa, sahibkarlığın inkişafına yardım etməyə qadir olacaq.

Dövlətin dövlət büdcəsindən sağlamlaşdırılması üçün vəsait ayırdığı son dövlət müəssisələri "Azərboru" (sağlamlaşdırılmasına 10 mlrd. köhnə manat verilib) və "Şəki-ipək" (2 mlrd. köhnə manat) olub. Lakin mənfi təcrübə, məhz bu müəssisələrdə sağlamlaşdırma üçün büdcə vəsaitlərindən qeyri-məqsədli şəkildə istifadənin aşkar olunması səbəbindən, hökümət mövcud qaydalarla büdcə vəsaitlərini sərf etməkdən imtina edib. Nazirlər Kabineti dövlət müəssisələrinin maliyyə vəziyyətinin sağlamlaşdırılmasının yeni mexanizminin hazırlanmasını həvalə edib. Bunun üçün dövlət büdcəsinə dövlət əmlakının özəlləşdirilməsi üzrə gəlirləndən vəsaitlər ödənilir. Dövlət Komitəsində bildirilib ki, 2005-ci ildə bu məqsədlər üçün dövlət büdcəsindən vəsait ayrılmayıb.

Xəbər lenti

Xəbər lenti