...

Azərbaycanda yoxsulluq səviyyəsi 20%-dək azaldılıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 22 Yanvar 2007 20:55 (UTC +04:00)

2006-cı ilin yekunlarına görə, ölkədə yoxsulluq səviyyəsi 20%-dək azaldılıb. Bu barədə Trend ə bazar ertəsi eksklüziv olaraq Prezident aparatının İctimai-siyasi şöbəsinin rəisi Əli Həsənov, AR prezidenti İlham Əliyevin sədrliyi ilə keçirilən bu günki iclasın yekunlarına şərh verərkən xəbər verib, iclasda bu göstəricini 2008-ci iilədək sıfıra çatdırmaq məsələsi qoyulub.

Yoxsulluğun azaldılması birinci Dövlət proqramının həyata keçirilməsinin nəticələrinə əsasən, məhz 2005-ci ilin yekunlarına görə, ölkədə yoxsulluq həddi 29%-ə endirilib, belə ki, 2004-cü ildə yoxsulluq təbəqəsinə əhalinin 49%-i düşürdü.

Yaxın vaxtlarda davamlı inkişaf və yoxsulluğun azaldılması üzrə Dövlət proqramının (2006-2015-ci illər) təsdiqi gözlənilir.

Əvvəllər keçirilən tədbirlər çərçivəsində 2-3 il ərzində əhalinin yoxsulluq təbəqəsini minimuma çatdırmaq barədə məlumat verilirdi, lakin ölkə başçısının bu günki iclasda qoyduğu vəzifələrlə əlaqədar bu tədbirlər sürətləndiriləcək.

Xəbər lenti

Xəbər lenti