...

Bank Standard və Temenos Group AG T-24 yeni bank sistemi layihəsinin həyata keçirilməsinə başlayır

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 Yanvar 2007 18:13 (UTC +04:00)

2007-ci ilin fevralında Bank Standard T-24 yeni proqressiv bank sistemi tətibiqi layihəsinin həyata keçirilməsinə başlayır, bu barədə Trend xəbər verir. 2006-cı ilin yekunlarına həsr olunmuş bugünki mətbuat konfransında bankın idarə heyətinin sədr müavini Cavid Quliyevin verdiyi xəbərə görə, bank proqram təminatı tədarükçüsü İsveçrənin Temenos Group AG şirkətidir.

C. Quliyevin sözlərinə görə, bu şirkətlə saziş 2006-cı ildə imzalanıb və müqaviləyə görə, layihələrin gerçəkləşməsi 18 ay ərzində başa çatmalıdır. Saziş Bank Standard-ın biznes proseslərinin dünya səviyyəsinə çatdırılması məqsədilə T-24 bank sisteminin tətbiqini nəzərdə tutur. Bununla bərabər, T-24 bank sistemi banka tam bir sıra bank məhsul və xidmətlərin tətbiqini həyata keçirməyə imkan verəcək. "Bu, bankın həm fəaliyyətdə olan, həm də yenim müştərilərinin xidmət səviyyəsini təkmilləşdirməyə imkan verəcək"-deyə C. Quliyev qeyd edib.

AB Standard hirkuətlər qrupunun marketinq və reklam lar departamentinin direktoru Gündüz Babayevin sözlərinə görə, internet bankingin tətbiqi ilə bağlı ləngimələr bankdakı proqram təminatının təkmilləşdirilməsinin zəruriliyi ilə bağlı olub. T-24 sistemi Oracle proqram təminatına istiqamətlənib.

Temenos Group AG dünyanın 110 ölkəsində Commerzbank, Raiffeisen Zentral Bank, Merill Lynch Bank, European Finance Group və başqaları daxil olmaqla 500-dən artıq maliyyə institutunun inteqrasiya olunmuş modul bank sistemlərinin tədarükçüsüdür.

Xəbər lenti

Xəbər lenti