...

Azərbaycanın Dövlət Komitəsi 2006-cı ildə icarə müqavilələrinin yerinə yetirilməmsinə görə məhkəməyə 900 iddia verib

Biznes və iqtisadiyyat xəbərləri Materials 26 Yanvar 2007 16:24 (UTC +04:00)

2006-cı ildə Azərbaycan Dövlət Əmlakının İdarəolunması Komitəsi daşınmaz əmlakın icarəsindən dövlət büdcəsinə 2,9 milyon manat köçürüb. Bu proqnoz göstəricilərindən 20% yüksəkdir.

Cümə günü dövlət komitəsinin yaydığı məlumata əsasən, Trend xəbər verir ki, hesabat dövründə 2000 icarə müqaviləsi bağlanıb. Bu il 70-ə yaxın torpaq sahəsi özəlləşdirilmiş müəssisə və obyektlərin mülkiyyətçilərinə icarəyə verilib.

2000-nə yaxın icarədara icarə haqqının borcunun ödənilməsi üçün xəbərdarlıq məktubları göndərilib. Bununla yanaşı bəzi icarədarlar tərəfindən icarə müqavilələrin şərtlərini pozma hallarının aradan qaldırılması üçün tədbirlər görülür. 2006-cı ildə icarə öhdəliklərinin yerinə yetirilməməsinə görə, məhkəmə instansiyalarına 900 iddia verilib.

Xəbər lenti

Xəbər lenti