...

Azərbaycanın Dövlət Baytarlıq Xidməti H5 virusunun Krasnodara ölkə ərazisindən yayılması mülahizələrini təkzib edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 31 Yanvar 2007 19:26 (UTC +04:00)

Azərbaycanın Kənd Təsərrüfatı Nazirliyi nəzdində Dövlət Baytarlıq Xidməti "Rospotrebnadzor" tərəfindən H5 virusunun Krasnodara Azərbaycan ərazisindən yayılması mülahizəsini təkzib edib. "Rospotrebnadzor" H5 virusunun qonşu dövlətlərdən - şəraitin pis olduğu Türkiyə və Azərbaycandan gələn vəhşi quşlar tərəfindən yayıldığı fikrini irəli sürmüşdü.

Xidmətin mətbuat xidməti Trend ə bu mülahizənin hansı əsaslarla irəli sürüldüyü haqda məlumatlı olmadığını bildirib. "Biz bir daha rəsmi olaraq bəyan edirik ki, Azərbaycanda quş qripi yoxdur".

Ölkəyə virusun daxil olmasının qarşısını almaq üçün bütün veterinar sərhəd məntəqələri gücləndirilmiş rejimdə fəaliyyət göstərir, ova olan qadağa, ölkə daxilində vəhşi quşların satışı və istifadəsi, quş məhsullarının virusun aşkar olunduğu ölkələrdən gətirilməsinə qadağa hələ də qüvvədədir.

Xəbər lenti

Xəbər lenti