...

Azərbaycan Milli Bankı: Əhalidə istifadədən çıxarmaq üçün 15 milyon köhnə AZN nişanı qalıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 Fevral 2007 15:35 (UTC +04:00)

Trend in məlumatına əsasən, Azərbaycan Milli Bankı hər gün milli valyutanın denominasiyası çərçivəsində dövriyyədən köhnə əskinasların müsadirə edilməsi prosesini izləyir.

Bu gün Milli Bankın İdarə Heyətinin sədri Elman Rüstəmovun verdiyi məlumaia əsasən, bu gün əhalidə köhnə əskinaslardan təxminən 14-15 milyon manat qalıb.

"Bu proses müntəzəm olaraq aparılır və yerlərdə, həmçinin Bakıda tədqiq edilir", deyə E. Rüstəmov qeyd edib.

Köhnə pul nişanlarının yeniləri ilə əvəz edilməsinin rahatlığını təmin etmək məqsədilə Azərbayan prezidenti 2007-ci ilin yanvarın 1-dən etibarən Fərman imzalayıb. Bu fərmana əsasən, əvəzedilmə AMB-lə yanaşı onun strukturlarında da, həmçinin respublikada fəaliyyət göstərən digər banklarda (filial, şöbə) həyata keçirilə bilər.

Yeni pul nişanlarına dəyişilmə banklar tərəfindən komisiya ödəmələri olmadan həyata keçirilir. Köhnə pul nişanları 31 dekabr 2006-cı ilədək ödəmə vasitəsi olub.

Xəbər lenti

Xəbər lenti