...

Azərbaycan dövlət əmlakının özlləşdirilməsindən dövlət büdcəsi 200 milyon manatdan artıq məbləğ əldə edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 9 Fevral 2007 15:51 (UTC +04:00)

Trend in məlumatına əsasən, Azərbaycanda özəlləşdirməyə başlanan vaxtdan (1996-cı il) 33 000 kiçik dövlət müəssisəsi və obyekt özəlləşdirilib. Bunun da 3200-ü ötən ilə təsadüf edib.

Cümə günü Dövlət Əmlakının İdarə olunması üzrə Dövlət Komitəsinin sədri Kərəm Həsənov mətbuat konfransında məlumat verib ki, bu dövr ərzində orta və böyük dövlət müəssisələrinin bazasında 1600 səhmdar cəmiyyət, 2006-cı ildə 12 SC yaradılıb. Bundan başqa təxminən 400 torpaq sahəsi özəlləşdirilib.

Dövlət başçısının 23 avqust 2006-cı il tarixli "Səhiyyə, təhsil, idman və mədəniyyət sahələrində bir sıra müəssisələrin özəlləşdirilməsi haqqında" göstərişinin yerinə yetirilməsi üçün həmçinin tədbirlər həyata keçirilib.

Dövlət Komitəsinin sözlərinə görə, özəlləşdirilməyə çıxarılmış 400 obyektin təxminən 20-si dövlətsizləşdirilib.

Keçən il həmçinin iki birgə müəssisədə dövlət payının özəlləşdirilməsi barədə qərar qəbul olunub.

2006-cı ildə Dövlət Komitəsi dövlət əmlakının satışı və mülkiyyət hüququnun verilməsi ilə bağlı 3200 şəhadətnamə verib.

1996-cı ildən etibarən özəlləşdirmədən dövlət büdcəsinə 200 milyon manatdan artıq pul daxil olub, bunun da 33,5 milyon manatı 2006-cı ilə düşür.

Xəbər lenti

Xəbər lenti