...

Azərbaycanın Nazirlər Kabineti kənd təsərrüfatı məhsulları istehsalçılarına maliyyə yardımının ayrılması qaydalarını təsdiq edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 Fevral 2007 16:10 (UTC +04:00)

Azərbaycanın Nazirlər Kabineti dövlət büdcəsindən kənd təsərrüfatı məhsulları istehsalçılarına yanacaq və motor yağı üçün maliyyə yardımının ayrılması qaydalarını təsdiq edib. Bu barədə Nazirlər Kabinetinə istinadən, Trend məlumat verir.

Fermerlərə yanacaq üçün xərclərin 50% ödənilməsi üçün hər ay onlara istehsal olunan məhsuldan asılı olaraq hər hektara 40 manat ödəniləcək. Həmçinin Agrolizing ASC-nin xətti ilə mineral gübrələrin dəyərinin 50%-i maliyyələşdiriləcək.

Kənd təsərrüfatı naziri İsmət Abbasovun rəhbərliyi ilə respublika komissiyasının yaradılması qərara alınıb. Komissiyanın tərkibinə həmçinin iqtisadi inkişaf, maliyyə nazirliklərinin, dövlət statistika komitəsinin şöbə müdirləri, Kapital Bankın sədr müavini Yaşar Məmmədov və Agrolizing ASC-nin sədr müavini Elçin Mirzəyev daxil olub.

Xəbər lenti

Xəbər lenti