...

Azərbaycanın iqtisadi inkişaf naziri CIBC-nin üzvləri ilə görüşəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 Mart 2007 10:46 (UTC +04:00)

Azərbaycan,Bakı/müxbir " İ.Xəlilova/Bu yaxınlarda Azərbaycan iqtisadi inkişaf naziri Heydər Babayevin Xəzər İnteqrasiya İşçi Klubu (CIBC) şirkəti ilə görüşü keçiriləcək. Bu barədə klubun dünən yaydığı məlumatda bildirilib.

"Mən Klubun işində imkan daxilində iştirak etməyə çalışacam", fevralın fevralın 27-də CIBC üzvlərinin müraciətinə cavab olaraq Heydər Babayev bildirib.

CIBC-nin prezidenti və icraçı direktoru Telman Əliyevin məlumatına əsasən, Azərbaycan prezidenti İlham Əliyev ölkə üçün qeyri-neft sektoru və informasiya-kommunikasiya texnologiyalarının (İKT) inkişafının prioritetliyini müəyyən edib.

CIBC-nin Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Əli Abbasovun iştirakı ilə bu yaxınlardakı görüşündə İKT sahəsində inkişafın perspektivləri müzakirə edilib.

Telman Əliyev qeyd edib ki, Heydər Babayevlə görüşdə sahibkarlığın inkişafının gələcək inkişaf perspektivləri, dövlətin sosial-iqtisadi siyasəti, xarici investisiyaların cəlb olunması, sənaye şəhərcikləri, azad-iqtisadi zonalar və biznes-inkubatorların yaradılması imkanları müzakirə ediləcək.

Xəbər lenti

Xəbər lenti