...

Fevralda Bakının daşınmaz əmlak bazarında qiymətlər artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 Mart 2007 16:00 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend U.İsmayılova/ Caspian Property Services şirkətindən bazar ertəsi verilən məlumata görə, fevralda Bakının daşınmaz əmlak bazarında qiymətlər əlavə olaraq yanvar ayına nisbətən 10-15 faiz artıb. Fevral ayında Bakının mərkəzində yaşayış evlərinin hər kvadrat metrinə görə qiymətlər 100-200 dollar qalxaraq 1450-3000 dollar təşkilk edib. Mərkəzə yaxın yerlərdə qiymətlər 50-120 dollar artaraq 700-2400, şəhərkənarı ərazilərdə isə 50-100 dollar artaraq təqribən hər kvadrat metrə görə 450 dollar olub.

Benzinin qiymətinin qalxması ilə əlaqdar yanvar ayında dekabra nisbətən daşınmaz əmlakın qiymətində təqribən 20 faiz artım müşahidə olunmuşdu.

Xəbər lenti

Xəbər lenti