...

Hamburqda TRACECA nəqliyyat dəhlizi ilə təhlükəli yüklərin daşınması barədə seminar keçiriləcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 Mart 2007 16:47 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir S.Əliyev/ Mart ayının 19-26-da Hamburqda TRACECA nəqliyyat dəhlizi ilə təhlükəli yüklərin (maye qaz) daşınması barədə seminar keçiriləcək. Bu barədə məlumatı çərşənbə axşamı TRACECA-nın Azərbaycan üzrə milli rəhbəri Akif Mustafayev verib.

Bu görüşdə Azərbaycan Dövlət Dəmiryolu və Xəzər Dəniz Gəmiçiliyinin təmsilçiləri iştirak edəcək.

Avropa Komissiyasının bu layihə ilə bağlı tenderinin qalibi NEA (Niderland) və HPTE (Almaniya) şirkətləri alyansı olub.

TRACECA nəqliyyat dəhlizi vasitəsilə Türkmənistan və Qazaxıstandan Avropaya maye qaz daşınması barədə layihə hazırlanır. İlkin mərhələdə qazın sisternlərdə bərələrlə daşınması nəzərdə tutulub. Daha sonra isə bu layihənin həyata keçirilməsi üçün tanker donanmasının yaradılması məsələsinə baxıla bilər.

Xəbər lenti

Xəbər lenti