...

OPEK dövlətlərindən çatdırılmalarda fasilə yaransa, ABŞ neft ehtiyatlarını istifadə etməyə hazırdır

Biznes və iqtisadiyyat xəbərləri Materials 29 Mart 2007 11:12 (UTC +04:00)

İrana görə Fars körfəzi ölkələrindən neftin çatdırılmasında qısa müddətli fasilələrin yaranacağı təqdirdə bazarlara "qara qızıl"ın çatdırılması səviyyəsini saxlamaq üçün ABŞ özünün böyük strateji neft ehtiyatlarını istifadə edə bilər. Reuters-ə istinadən RBK -nın məlumatına əsasən, bu barədə Energetika İnformasiyası İdarəsinin (EIA) rəhbəri Qay Karuzo məlumat verib. "Bizim Fars körfəzi regionundan çatdırılmalarda yaranacaq problemləri kompensasiya etmək üçün əhəmiyyətli dərəcədə ehtiyatlarımız var", deyə Q.Karuzo bəyan edib və əlavə edib ki, neft treyderlərinə narahat olmaq lazım deyil.

Q.Karuzo həmçinin bəyan edib ki, yaxın həftələrdə Amerikanın neft-qaz istehsalı zavodlarının fəaliyyətinin bərpa olunacağını gözləyir və bu da neft ehtiyatlarının azalmasına və benzin ehtiyatlarının artmasına səbəb olacaq.

Xəbər lenti

Xəbər lenti