...

Azərbaycanda rielterlərin peşəkar assosiasiyası yaradılacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 29 Mart 2007 12:06 (UTC +04:00)

Azərbaycan,Bakı/müxbir Trend Ü.İsmayılova /Beynəlxalq Daşınmaz Əmlak Fondu (BDƏF)Azərbaycanın daşınmaz əmlak bazarı ilə maraqlanır. Bu barədə bu gün Azərbaycanın "Daşınmaz Əmlak Bazarı İştirakçıları" İctimai Birliyinin icraçı direktoru Nüsrət İbrahimov bildirib.

İbrahimovun sözlərinə görə, BDƏF-in rəhbəri Norman Flinlə ilk görüşdə bu beynəlxalq fondun rəhbəri "Azərbaycan rielterlərinin peşəkar assosiasiyası"nın yaradılmasını təklif edib.

BDƏF-in məqsədi dünyanın inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrinin daşınmaz əmlak sahəsində peşəkar təcrübə mübadiləsidir. Fond artıq bu cür peşəkar assosiasiyaları Rusiya, Ukrayna, Moldova və Gürcüstanda yaradıb.

İbrahimovun sözlərinə görə, sabah Fond və Azərbaycanın "Daşınmaz Əmlak Bazarı İştirakçıları" İctimai Birliyi arasında uzunmüddətli ikitərəfli müqavilə imzalanacaq.

Beynəlxalq fond Azərbaycan tərəfinə ikiillik maddi dəstək təklif edib.

Xəbər lenti

Xəbər lenti