...

Nazir:"Bir bina tikməklə çoxsaylı gənc ailələrin mənzil problemi həll olunmur"

Biznes və iqtisadiyyat xəbərləri Materials 3 Aprel 2007 18:10 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Bakının Hövsan qəsəbəsində bir bina tikməklə çoxsaylı gənc ailələrin mənzil problemi həll olunmur. Bu barədə çərşənbə axşamı jurnalistlərə gənclər və idman naziri Azad Rəhimov açıqlama verib.

O bildirib ki, gənc ailələr üçün ən əlverişli imkan güzəştli İpoteka kreditləridir. Rəhimov onu da deyib ki, Gənclər və İdman Nazirliyinin büdcəsində evlərin tikilməsi nəzərdə tutulmur və belə bir tapşırıq da verilməyib: "Sadəcə olaraq bəzi təşkilatların belə bir təklifi var idi ki, bir sahə götürülsün və orada gənclər üçün aşağı qiymətə evlər tikilsin. Bu evlərin tikilməsinin isə bir yolu var. Hansısa tikinti bu işi öz üzərinə götürsün, biz də öz tərəfimizdən dövlət orqanı kimi Bakı Şəhər İcra Hakimiyyətinin balansında olan boş torpaq sahəsini əldə edək. Şirkət evlərin bir qismini bizə versin və nazirlik güzəştli İpoteka şəklində bu evləri gənclərə paylasın"-deyə nazir məlumat verib.

O, qeyd edib ki, hesablamalara görə, bu evlərin qiyməti orta bazar qiymətlərindən 30-40 faiz aşağı olmalı idi. Bu məqsədlə nazirlik bir neçə şirkətlə danışıqlar aparıb, lakin heç bir razılıq əldə olunmayıb.

"Hövsanda boş sahə verildi və biz "Akkord" tikinti şirkətinin nümayəndələri ilə görüşdük. Nümayəndələr sahənin bir qisminin tikinti üçün onlara verilməsini təklif etdilər. Amma bununla biz növbəyə dayanan gənc ailələlərin 0,1 faizinin də tələbatını ödəyə bilmərik. Bu gün 60 min gənc ailə ev növbəsinə dayanıb"-deyə nazir bildirib.

Xəbər lenti

Xəbər lenti