...

Azərbaycan iqtisadiyyatı təqribən 50% artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 Aprel 2007 15:06 (UTC +04:00)
Azərbaycan iqtisadiyyatı təqribən 50% artıb

Azərbaycan, Bakı/ Trend müxbir Ü.İsmayılova/ 2007-ci ilin birinci rübünün yekunlarına əsasən Azərbaycan iqtisadiyyatı 49% artıb. Ölkənin sənaye inkişafı isə 38% olub. Bu barədə çərşənbə günü Nazirlər Kabineti Aparatının İqtisadiyyat və maliyyə-kredit şöbəsinin müdiri Oqtay Haqverdiyev bildirib.

Haqverdiyevin sözlərinə görə, birinci rüb ərzində iqtisadiyyatın qeyri-neft sahələrinin inkişafı 12 faiz təşkil edib. Yüngül sanəye sahəsində artım 8 faiz müşahidə olunub.

"Bu, özəl sektorun hesabına baş verir" - deyə o bildirib.

Rübün yekunları göstərib ki, ölkədə pul gəlirləri dinamk şəkildə artır. Əhalinin orta aylıq gəliri 26 faiz artıb (188$), neft sənayesində orta aylıq əmək haqqı 620$, həmçinin Azərbaycan vətəndaşları üçün əmək haqqı 450$ təşkil edir.

Ölkənin investisiya xərclərinə 1,8 mlrd. manat vəsait yönəltmək nəzərdə tutulub ki, bunun da 87 faizi infrastrukturun inkişafına sərf olunacaq.

"Bu yalnız yollar və körpülər deyil, həmçinin yoxsulluğun azaldılması proqramlarıdır" - deyə Haqverdiyev bildirib. Onun sözlərinə görə, yosulluğun azaldılması dedikdə yalnız əmək haqlarının artırılması deyil, su, kanalizasiya təchizatı, təhsil, səhiyyə sahələri də nəzərdə tutulur.

Xəbər lenti

Xəbər lenti