...

Vilayət başçısı: Qazaxıstan dəmir yol daşınmalarına tarifləri 40% aşağı sala bilər

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 Aprel 2007 16:36 (UTC +04:00)
Vilayət başçısı: Qazaxıstan dəmir yol daşınmalarına tarifləri 40% aşağı sala bilər

Azərbaycan,Bakı/müxbir Trend İ.Xəlilova/Mangistausk vilayətinin qubernatoru Krımbek Kuşerbayev Azərbaycanı Qərbi Qazaxıstanda infrastruktur layihələrin reallaşdırılmasında iştirak etməyə çağırıb. Kuşerbayevin çərşənbə günü Bakıda verdiyi məlumata əsasən, infrastruktur layihələr yaxın üç ildə tranzit potensialını reallaşdırmağa imkan verəcək.

Əsas layihə Qazaxıstan və Çin sərhədini Aktau dəniz limanı ilə birləşdirəcək dəmir yolunun çəkilməsidir. Bu sahəni düzəltmək üçün 840 km-lik dəmir yolunun inşası tələb olunur.

Qazaxıstan prezidentinin tapşırığına əsasən, layihə 2007-ci ilin sonunda başa çatdırılır və 2008-ci ilin əvvəlində tikinti işlərinin iki-üç il ərzində tamamlanması üçün işlər sürətləndiriləcək. "Bu dəmir yolunun tikintisindən sonra Çin və Avropa arasında dəmir yolu daşınmalarına olan daxili tariflərimizi təxminən 43 faizədək aşağı salmaq mümkün olacaq. Bu mal axınlarının Azərbaycan ərazisindən keçəcəyini nəzərdə tuturuq. Belə ki, ərazilərimizin əməkdaşlığı üçün əsas marşrtular TRASEKA və şimal-cənub marşrutudur", deyə qubernator bildirib.

Kurık dəniz limanının inkişafının baş planı və onun infrastrukturu işlənib hazırlanır. Liman ətrafında terminllar, neft-qaz maşınqayırma, neft kimya müəssisələri, dəniz əməliyyatlarının baza dəstəyi, xilasetmə işləri mərkəzi tikiləcək.

"Yer-səma-dəniz" layihəsi çərçivəsində turizm kompleksinin açılması və Aktauda xüsusi iqtisadi zonanın yaradılması nəzərdə tutulur.

Bunun üçün limanı 1 min ha-dək genişləndirilməsi nəzərdə tutulur. Onun ərazisində idxalyönümlü və rəqabətə davamlı müəssisələr tikiləcək və servis xidmətləri mərkəzi yaradılacaq.

Konsessiya əsasında kommunikasiyanın inkişafı məsələsinin həlli üçün artıq beynəlxalq hava limanının yenidən qulurması və tikintisi başlanıb. 240 mln. dollar məbləğində olan layihə yük terminalının tikintisi, Qazaxıstanın qərb regionunu Atırau və Aktua arasında birləşdirən Türkmənistan və Özbəkistan sərhəddinə çıxışı olan avtomobil yolunun iştirakını nəzərdə tutur.

Manqışlaq-Bautino dəmir yolu və Kurık limanının iştirakı lazımi infrastrukturun fəal inkişafına imkan verəcək.

"Kurık limanı və Aktau limanında xüsusi iqtisadi zonanın inkişafı birbaşa olaraq Azərbaycanın tranzit potensialının istifadəsinə istiqamətləndirilib", K.Kuşerbayev hesab edir.

Energetikanın inkişafı üçün 2008-09-cu illərdən etibarən 600 MVt-dən az olmayaraq gücə malik istehsal obyektlərinin tikintisi planlaşdırılır. "Region iqtisadiyyatının inkişaf templəri yaxın zamanlarda istehsal obyektlərinin gücünü minimum 1000 MVt-yə qədər çatdırıması probleminin həll olunmasını tələb edir", qubernator hesab edir.

Onun fikrincə, bütün bu layihələrdə kadrların hazırlanması problemini həll etmək lazımdır. Bunun üçün Azərbaycan tərəfi Aktau Dövlət Universiteti bazasında Xəzər Texnoloji Universitetinin yaradılmasında iştiraka dəvət olunur.

Xəbər lenti

Xəbər lenti