...

Beynəlxalq Sığorta Şirkəti ipoteka sığortası üzrə əməliyyatların sayını artırıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 Aprel 2007 14:43 (UTC +04:00)

Azərbaycan, Bakı / müx. Trend Ü.İsmayılova/ Beynəlxalq Sığorta Şirkəti ipoteka sığortası üzrə əməliyyatların sayını artırıb. Bu barədə şirkətdən verilən məlumatda bildirilir.

Aprelin 1-dək Beynəlxalq Sığorta Şirkəti kompleks ipoteka sığortası üzrə 182 müqavilə bağlayıb.

Bu müqavilə həyatın, əmək qabiliyyətinin və alınan mülkiyyətin sığortasını nəzərdə tutur.

Azərbaycan Beynəlxalq Bankı tərəfindən təsis edilən Beynəlxalq Sığorta Şirkəti 30 növdə sığorta xidməti təklif edir. Onların dördü mütləq xarakter daşıyır.

Xəbər lenti

Xəbər lenti