...

Azərbaycan və Belarus arasında mal dövriyyəsi həcminin iki dəfə artırılması planlaşdırılır

Biznes və iqtisadiyyat xəbərləri Materials 20 Aprel 2007 16:20 (UTC +04:00)

Azərbaycan,Bakı/müxbir Trend S.Ağayeva/Azərbaycan və Belarus arasında mal dövriyyəsi həcminin 2007-ci ildə 50 mln. dollaradək artırılması planlaşdırılır. Bu barədə cümə günü mətbuat konfransında Belarusun Azərbaycandakı səfiri Nikolay Patskeviç məlumat verib.

"Bu, keçən ilə nisbətən təqribən iki dəfə çoxdur. Keçən il bu göstərici 28 mln. dollar səviyyəsində olub", - deyə o bildirib.

Onun sözlərinə görə, bu ilin ilk 2 ayı ərzində ölkələr arasında mal dövriyyəsi 7,3 milyon dollar təşkil edib.

Səfirin qeyd etdiyi kimi, ilin ilk aylarında hər iki ölkənin ixrac artımı tendensiyası müşahidə olunub. Belarus mallarının Azərbaycana idxalının Azərbaycan mallarının idxalından çox olmasına baxmayaraq, Azərbaycan məhsullarının ixrac artımı Belarus məhsullarının Azərbaycana idxalının 124%-nə qarşı 135% təşkil edib, deyə səfir bildirib.

Xəbər lenti

Xəbər lenti