...

"AZEL" QSC manat istiqrazları buraxır

Biznes və iqtisadiyyat xəbərləri Materials 20 Aprel 2007 18:52 (UTC +04:00)

Azərbaycan,Bakı/ Trend /Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən "AZEL" QSC-nin adlı faizli istiqrazlarının emissiya prospektini qeydə alıb. Bu barədə Bakı Fond Birjasının məlumatında bildirilib.

Emissiyanın həcmi 1,5 mln. manatdır, bir istiqrazın nominal dəyəri 100 manat təşkil edir. İstiqrazların illik gəlirlik dərəcəsi 14,4% təşkil edir, dövriyyə müddəti 365 gündür.

Emissiya prospektinə əsasən, yerləşdirmə kütləvi təklif üsulu ilə Bakı Fond Birjası vasitəsi ilə keçiriləcək. İstiqrazların yerləşdirilməsində anderrayter vəzifəsində çıxış edən təşkilat "Standard Kapital" MMC-dir.

Xəbər lenti

Xəbər lenti