...

Dövlət büdcəsinə əlavə və dəyişikliklər edilməsiylə bağlı sənəd Milli Məclisə təqdim olunacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 Aprel 2007 14:30 (UTC +04:00)

Azərbaycan, Bakı / müx. E.Hüseynli/ May aynının ortalarında 2007-ci ilin dövlət büdcəsinə əlavə və dəyişikliklərlə bağlı sənəd Milli Məclisə təqdim olunacaq. Bu barədə bazar ertəsi günü Milli Məclisin Sosial siyasət daimi komissiyasının sədri Hadı Rəcəbli məlumat verib.

Onun sözlərinə görə, dövlət büdcəsinin artımı Azərbaycanda əmək haqlarının artırılmasına yönəlib. "Dövlət büdcəsinə əlavələr və dəyişikliklərlə bağlı proqressiv nəticələr gözlənilir. Başlıca məqsəd insanların rifahının yaxşılaşdırılmasıdır" - deyə Rəcəbli vurğulayıb.

Xəbər lenti

Xəbər lenti